387 azərbaycanlının sığınacaq müraciətinə rədd cavabı verildi

saytların hazırlanması

Evə çatdırılma

387 azərbaycanlının sığınacaq müraciətinə rədd cavabı verildi

Sosial

17 Avqust 2023 12:04 723


Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbindən Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin ilk 7 ayı ərzində federal idarəyə ümumilikdə 1016 Azərbaycan Respublikası vətəndaşı sığınacaq ərizəsi ilə müraciət edib. Onlardan 852 nəfər ilk dəfə, 164 nəfər isə ikinci dəfə ərizə ilə müraciət edənlərdir. Müraciət edənlərin əksəriyyəti Ukraynada yaşamaq hüququna sahib olan Azərbaycan vətəndaşlarıdır. pizza hut

Sığınacaq axtaranların yalnız 28 nəfərinə Cenevrə Konvensiyasına uyğun olaraq qaçqın statusu verilib. 387 nəfərin sığınacaq ərizəsi rədd edilib, vətəndaşı olduqları ölkəyə könüllü qayıtmaları ilə bağlı qərar verilib.

2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya sığınacaq üçün ümumilikdə 188 967 nəfər müraciət edib (175 272 ilkin və 13 695 sonrakı müraciət). Ötən ilin eyni dövrü ilə müqayisədə (98 395 ilkin müraciət) bu, 78,1 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 13 808-i Almaniyada bir yaşa qədər doğulmuş uşaqlarla bağlı olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!