25 Sentyabr - 06:22
39 yaşlı futbolçu idman karyerasını başa vurdu

39 yaşlı futbolçu idman karyerasını başa vurdu

İdman

23 Sentyabr 2022 14:12 371


Şimali makedoniyalı futbolçu Qoran Pandev 39 yaşında idman karyerasını başa vurub.

Yenisabah.az “Sky Sports”a istinadla xəbər verir ki, bu barədə futbolçunun özü danışıb.

Onun son çıxış klubu İtaliya “Serie B”də çıxış edən “Parma” klubu olub.

Bundan əlavə, idmançı Milan "Inter"i, Neapol "Napoli"si, Roma "Latzio"su və İstanbulun "Galatasaray" klublarında çıxış edib. O, Şimali Makedoniyanın ən yaxşı bombardiri adına layiq görülüb. Pandev millidə keçirdiyi 122 oyuna 38 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!