4-5 il sonra bizi nə gözləyir? – NƏQLİYYAT SAHƏSİNDƏ MÜHÜM YENİLİK

saytların hazırlanması

Evə çatdırılma

4-5 il sonra bizi nə gözləyir? – NƏQLİYYAT SAHƏSİNDƏ MÜHÜM YENİLİK

Sosial

15 Avqust 2026 08:51 188


“Biləcəri–Yalama dəmir yolu xəttində böyük modernləşmə layihəsi başlayır.

Asiya İnkişaf Bankı (ADB) Biləcəri–Yalama sahəsində:

- elektrifikasiya; pizza mizza

- siqnallaşdırma;

- telekommunikasiya sistemlərinin

modernləşdirilməsi layihəsinin idarə edilməsi üzrə məsləhətçilərin seçilməsi proseduruna başlayıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika üzrə tanınmış ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, işlərin 1 fevral 2027-ci ildə başlanması planlaşdırılır:

“İşlərin 1 fevral 2027-ci ildə başlanması planlaşdırılır. Layihənin icra müddəti 54 ay, yəni təxminən 4,5 il nəzərdə tutulur. Bu o deməkdir ki, layihənin tam icrası təxminən 2031-ci ilin ortalarına təsadüf edə bilər. ADB layihənin icrası üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırmaq imkanını nəzərdən keçirir. Layihənin:

- Asiya İnkişaf Bankı (ADB),

- Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB),

- Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilməsi planlaşdırılır. Məsləhətçilik xidmətləri üzrə müqavilənin təxmini dəyəri isə 2,088 milyon ABŞ dollarıdır. Nəticədə nə dəyişə bilər? Layihənin əsas məqsədi yalnız dəmir yolunun elektrikləşdirilməsi deyil. Elektrik təchizatı, müasir siqnallaşdırma və telekommunikasiya sistemlərinin tətbiqi:

daha təhlükəsiz hərəkət → daha müasir idarəetmə → xəttin buraxılış qabiliyyətinin artırılması → daha səmərəli sərnişin və yük daşımaları üçün imkan yarada bilər.

Əgər qrafik üzrə icra olunarsa, 2031-ci ildə Biləcəri–Yalama xətti Azərbaycanın əsas dəmir yolu dəhlizlərindən biri kimi tamamilə yeni texnoloji mərhələyə keçə bilər. Bu layihə həm ölkədaxili dəmir yolu əlaqələri, həm də Azərbaycan üzərindən keçən beynəlxalq yük dəhlizlərinin inkişafı baxımından əhəmiyyətlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!