Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

4 manat 20 qəpik idi, indi 9 manat 95 qəpik olub...
26 Sen 2021 12:49
68034

4 manat 20 qəpik idi, indi 9 manat 95 qəpik olub...

“Təxminən 9 ay öncəyə qədər 4 manat 20 qəpiyə aldığım 2 litrlik "Möcüzə" günəbaxan yağı olub 9 manat 95 qəpik. 20-30 faiz artımı haradasa başa düşmək olar, amma 120-130% bahalaşma nə deməkdir?!”.

Bu sözləri jurnalist Süleyman Həmidov özünün “Facebook” hesabında yazıb. O, qısa müddət ərzində sözügedən ərzaq məhsulunun bu qədər çox bahalaşmasına etirazını bildirib. Qeyd edək ki, "Möcüzə" Azərsun Holdinqin məhsuludur. 

Qiymət artımını “Sherg.az”a şərh edən iqtisadçı - alim Nazim Bəydəmirlinin fikrincə, bunun xarici və daxili səbəbləri var: 

“Ərzaq məhsullarının bir çoxu, o cümlədən günəbaxan yağlarının əksəriyyəti Rusiyadan idxal olunur. Məlum olduğu kimi, Rusiya qiymətləri stabil saxlamaqdan ötrü keçən ilin sonundan ixracı məhdudlaşdırdı. Və bu, Azərbaycanda da qiymət artımınına səbəb oldu. 

Əsas amillərdən biri isə gömrük orqanlarının bəyannaməmə qiymətini tətbiq etməsi və bu yolla yaradılan süni qiymət artımıdır. Eyni zamanda nəzərə almalıyıq ki, daxili istehsal kifayət qədər deyil, enerji daşıyıcılarının qiyməti çox bahadır.

Həmçinin bazar iqtisadiyyatı inkişaf etməyib, sahibkarlığa məhdudiyyətlər qoyulur. Beləliklə, sözügedən qiymət artımı məsələləri gündəmə gəlir”.

 

  • Natavan
    Natavan
    Şükür nə yaxşı bunu işıqlandıran oldu tək günəbaxan yağlarının yox eyni zamanda bu kərə yağı, marqarinin hamısının qiyməti qalxıbdı ama duru yağlarda düz yarı yarıya üiymət qalxıb əvəl evim duru yağı olsun buların 5 l mən 11-12 manata alırdım indi 2 l o qiymətə alırıq day bu qədərdə olmazda kimsə süni qiymət artımına nəzarət etməlidi bu sektor üzrə hər marketə gedəndə ən azı hər bir məhsulun qiyməti 15-20 qəp artım olur. Heç olmasa minimal maaşdarı elə 500 biləy ki cəhənəm az sürünəriy 346 man maaş verir dövlət sektorunda fəhlə qrupuna bununla 1 ay 4 baş ailə necə dolansın axı uşağa day pulumuz yoxdu deyə bilmirəm onun dərdinən heçara aparmıram ki nəsə isdiyəcəy ala bilmiyəcəm insafa gəlin azda olsa ????
    23 days ago Cavab 0
  • Aygün
    Aygün
    Bu dövlətdə yaşamaq üçün hər şərait var. Kasıblar, Pensenerlər, və Maaşa baxanlar YAŞAMIR SÜRÜNÜR
    23 days ago Cavab 0
  • Azer.Allahverdiyev
    Azer.Allahverdiyev
    Bunun bir cixiw yolu vsr olkeni terk edib cixib getmek yalniz bawqa yol gormurem men burda
    26 days ago Cavab 0
  • Sirac Pirnezerov
    Sirac Pirnezerov
    Final qarğıdalı 5 lt 16 manat idi. İndi isə 29 manatdı. Bizə ancaq Allah kömək olacaq. Başqa haray yoxdu
    26 days ago Cavab 0
  • Ruslan
    Ruslan
    Bunada sukur eliyecig
    27 days ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər