“4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? İnanmıram!”

saytların hazırlanması

Evə çatdırılma

“4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? İnanmıram!”

Sosial

28 Fevral 2024 16:25 43273


Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb:

“Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?!  pizza hut

Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?! 

Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?” 

Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib: 

“Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi? 

Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Arif
    Babat pul yığlar.
    2 years ago
  • Firuze
    Niye qınayırıq ki onsuzda boşanıb. Ikinci ailə qurmaq ayıb deyil . Necə uşaq atası olur olsun Allah xoşbəxt etsin.
    2 years ago
  • Akif m
    Ümummilli lider Heydər Əliyev deyirdi ki, vəzifə dövlət qulluğunda işləyən şəxsə verilmiş imtiyaz demək deyil, ələvə məsuliyyətdir. Təəssüf ki, belə məmurlar bu hikmətin birinci tərəfinə sahib olmaq istəyirlər. Çox pis nümunələr var. Faş olan faş olur, olmayanlar da qeyri-leqal davam edir. Ailə institutunun mövcudluğu qadına şəffaf olmayan münasibətlər səbəbindən aşınmalara sürüklənir. Ailə dağıtmaq yanlış mövqedir, istər sadə vətəndaş tərəfindən,istərsə də qılıncının dalı da, qabağı da kəsən şəxs tərəfindən. Yüksək vəzifədə işləyən şəxs bu addımı atıbsa, dərhal istefa verməlidir.
    2 years ago
  • Anonim
    Bize ne,size ne? Milletin derdi bize qalib ozude xeyirli is.
    2 years ago
  • Seyran
    Pulu var deyə gedir də.yox birdən sevib eliyər xəbərimiz olmaz
    2 years ago
  • Konul
    Evlənən evlənib ərə gedən gedib.. Sonrasını tale göstərər. Bu qədər irad və qınaqları görən cütlüklər elə yaşamalıdılar ki, söz söhbətə yer qalmasın. Hər kəs öz xoşbəxtliyin qabaqcadan bilmir nə zaman tapacaq. 1-ci, 2-ci evlilikdə ya sonra gələnlərdə. Ama nə olur olsun ilk bəxt elə ilk bəxt kimi qalır. Ömrün gənclik çağı olduğu üçün. Xoşbəxt olsunlar.
    2 years ago
  • Ülviyyə İsgəndərova
    Övladların xatirinə güzəşt lazımdır. Ailə dağıtmaq böyük günahdır. İcra Başçısına məsləhət görərdim tez bir zamanda övladlarının Birinci ailəsinin yanına qayıtsın. Zərərin yarısından qayıtmaqda xeyirdir
    2 years ago
  • Yaşar
    Teleseriallarımız nə gündədi, evliliklər də o gündə. Mentalitetdən heç danışmağa dəyməz. Bərbad vəziyyətin kökündə televiziya kanalları durur.
    2 years ago
  • Xeyale
    Bu ne boş sozler idi seher seher oxudum.insan ayrilib ve sonra da yeniden evlenib. Bunnan tebii ne ola bilerki camaatin iş fealiyyetine vezifesine qeder gedib cixdiniz. Ayibdiye valla burnunuzu cekin milletin heyatinnan. Ozunuze baxin oz eyiblerinizle maraqlanin size ne kim kimdi. Guya bu icra bascisi sizin yaxininiza elçi dusseydi vermezdiniz toydam da imtina ederdiniz. Besdi valla camaata yön gösterdiniz
    2 years ago
  • Aftandil
    Ortada heç bir sevgidən söz gedə bilməz olsa olsa ötəri ehtirasdan danışmaq olar.
    2 years ago
  • Anonim
    Bu insan her seyi semimi edir gizli etmir ki mugenniler aile Quran beyler de hamisi aileli usaqli kisilerdir burda ne var ki semimi olaraq gosterir ki bu beledir
    2 years ago
  • Anonim
    Bu insan her seyi semimi edir gizli etmir ki mugenniler aile Quran beyler de hamisi aileli usaqli kisilerdir burda ne var ki semimi olaraq gosterir ki bu beledir
    2 years ago
  • Anonim
    Bu insan her seyi semimi edir gizli etmir ki mugenniler aile Quran beyler de hamisi aileli usaqli kisilerdir burda ne var ki semimi olaraq gosterir ki bu beledir
    2 years ago