40 mindən çox şəxsə əlillik təyin edilib - Nazir

saytların hazırlanması

Evə çatdırılma

40 mindən çox şəxsə əlillik təyin edilib - Nazir

Sosial

16 Noyabr 2023 16:37 453


"Bu il ərzində 40 mindən çox insan əlillik təyinatı alıb. Onlardan 4 mindən çoxu müharibə əlilliyi olan şəxslərdir".

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 65 min nəfər ünvanlı sosial yardım alır: “İşsiz insanlara bu yardımı versək, onda həmin şəxslər ancaq evdə oturacaq: “Ona görə də alternativ məşğulluq xidmətlərinə baxmaq lazımdır. Hazırda məşğulluq sahəsinin 10-dan çox istiqaməti nəzərdən keçirilir". pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!