416 hektar meşə fondu ərazisi hazır vəziyyətə gətirilib

saytların hazırlanması

Evə çatdırılma

416 hektar meşə fondu ərazisi hazır vəziyyətə gətirilib

Sosial

03 Oktyabr 2023 10:33 273


Respublikanın meşə fondu torpaqlarında payız əkin mövsümündə meşəbərpa tədbirlərinin həyata keçirilməsi məqsədilə Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində torpaq hazırlığı işləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib ki, əkin mövsümü ilə əlaqədar Lənkəran, Masallı, Tovuz, Sabirabad, Şabran, Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Ağcabədi, Göygöl, Cəlilabad, Bərdə, Şəmkir, Gədəbəy və digər rayonların meşə fondu torpaqlarının açıq sahələrində bugünədək, ümumilikdə 416 hektar ərazidə torpaq hazırlığı işləri aparılıb.

“Payız əkin planına uyğun olaraq meşə sahələrində hər bölgənin torpaq-iqlim şəraitinə uyğun Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş və digər müxtəlif cinsli ağaclar əkiləcək, toxumlar səpiləcək”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!