43 yaşlı fransız aktyor və rejissor Arno Denis uzun müddət davam edən ağır xəstəlik və dözülməz ağrılardan sonra Belçikada ötanazi ilə həyatına son qoyub.
“Yeni Sabah” xəbər verir ki, Denis qasıq yırtığı əməliyyatından sonra ciddi sağlamlıq problemləri ilə üzləşib. Aylarla davam edən şiddətli ağrılar səbəbindən evdən belə çıxa bilməyən aktyor son aylarda həyatının böyük hissəsini ağrı içində keçirib. Onun vəkili Kurtua bildirib ki, Denis Namur şəhərində üç həkimlə aparılan görüşlərdən sonra evtanaziya qərarı verib.
“Arno Denisin bu qərarı Namurda üç həkimlə aparılan görüşlərdən sonra qəbul edildi. Bədəni artıq ona tabe deyildi. O, öz bədəni üzərində nəzarətini itirmişdi. Arnonun ölümü aylardır məruz qaldığı güclü ağrıların nəticəsidir”, - vəkil deyib. pizza mizza
Həkimlər aktyora mialgik ensefalomiyelit və ASİA sindromu diaqnozu qoyublar.
Denis 2026-cı ilin əvvəlində verdiyi müsahibədə yaşadığı çətinliklərdən göz yaşları içində danışmışdı. O, tibbin ona təqdim edə biləcəyi müalicə imkanlarının qalmadığını bildirib. Aktyor sosial həyatının tamamilə bitdiyini, dörd divar arasında ağrı içində yaşadığını söyləyib.
Aylarla davam edən güclü ağrılara daha dözə bilməyən Denis evtanaziyanın qanuni olduğu Belçikaya gedib. Aktyor martın 18-dən etibarən palliativ yardım mərkəzində prosedurların tamamlanmasını gözləyib.
Sentyabrın 22-də isə Namur şəhərində üç ayrı həkimin qiymətləndirməsindən və yekun təsdiqindən sonra evtanaziya həyata keçirilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız