432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

saytların hazırlanması

Evə çatdırılma

432 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib

Sosial

07 İyul 2023 15:42 801


Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı müasir protezlərlə təminatı işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenisabah.az-a verilən xəbərə görə, zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 432 hərbçi 451 ədəd yüksək texnologiyalı protezlə təmin edilib. Onlar I və II Qarabağ müharibəsində yaralanaraq əzalarını itirmiş qəhrəmanlardır.

Yüksək texnologiyalı son nəsil protezlər aktivlik və funksionallığı ilə seçilir və xüsusi proqram təminatına malikdir. Onlar istifadəçinin köməkçi vasitələr olmadan sərbəst, sabit və inamlı hərəkətinə, sosial həyata daha tez və rahat inteqrasiyasına imkan verir. Sezar pizza

Müharibə veteranları son nəsil protezlər vasitəsilə aktiv həyata dönüş imkanı qazanaraq öz idman bacarıqlarını da nümayiş etdirə bilir, hətta idman yarışlarında iştirak edə bilmək imkanına sahib olublar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!