"Sentyabr sərhəd döyüşlərində həlak olan 201 hərbçinin meyitinin şəxsiyyəti müəyyən edilib".
Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.
O, sentyabr döyüşlərində həlak olan erməni hərbçilərin naməlum meyitlərinin olmadığını əmin edib.
Nazir bildirib ki, 44 günlük müharibə zamanı həlak olan hərbçilərin şəxsiyyəti müəyyən edilib, lakin hələ də dəfn olunmayan qalıqlar var. Eyni zamanda, rəsmi konkret rəqəm açıqlamayıb.
Avanesyan qeyd edib ki, Hollandiyada 44 günlük müharibə zamanı həlak olan hərbçilərin naməlum qalıqlarının ekspertizası iki dəfə aparılıb. “Artıq birinci və ikinci imtahanların nəticələri daxil olub. Amma elə qalıqlar var ki, onları hətta Hollandiyada da müəyyən etmək mümkün olmayıb”.
Nazir valideynlərin ekspertiza nəticələri ilə razılaşmaması hallarının olduğunu etiraf edib. “Apardığımız 60-dan çox müayinənin nəticəsi xaricdə ikiqat, üçlü imtahanlardan keçib. Hamı üçün eyni nəticələr əldə edildi”, - Anahit Avanesyan yekunlaşdırıb.
Telegram kanalımız