“Azərenerjikomplektləşdirmə” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müxtəlif növ inşaat mallarının satın alınması ilə bağlı bir sıra işlər həyata keçirir.
“Yeni Sabah”ın məlumatına görə, qurumu müxtəlif növ inşaat malları və materialları ilə təmin etmək üçün “Constructor Supply Services” MMC ilə tərəflər arasında ümumi maliyyə dəyəri 1.282.639,43 manat təşkil edən müqavilə imzalanıb.
Qeyd edək ki, “Constructor Supply Services” MMC-nin dövlət büdcəsinə ciddi məbləğdə vergi borcunun olduğu üzə çıxıb. Belə ki, nizamnamə kapitalı cəmi 20 manat olan şirkətin hazırda dövlətə dəqiq olaraq 44172.56 AZN vergi borcu var. pizza sifarişi
Cəlalə Cəlalqızı
Telegram kanalımız