“47 il keçdi...” – Bəhram Bağırzadə uşaqlıq illərindən FOTO paylaşdı

saytların hazırlanması

Evə çatdırılma

“47 il keçdi...” – Bəhram Bağırzadə uşaqlıq illərindən FOTO paylaşdı

Şou

01 Sentyabr 2026 17:38 107


Əməkdar artist Bəhram Bağırzadə məktəb illərindən qalan fotosunu paylaşaraq nostalji xatirələrini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, aktyor 1 sentyabr – Bilik Günü münasibətilə 47 il əvvəl ilk dəfə şagird kimi qədəm qoyduğu 189 nömrəli məktəbi xatırlayıb.

B.Bağırzadə sosial media hesabında paylaşdığı fotoya duyğusal sözlər yazıb: Pepperoni pizza

“1 sentyabr. 47 il keçdi...

Düz 47 il əvvəl, 1979-cu il sentyabrın 1-də ilk dəfə sevimli 189 nömrəli məktəbimin astanasından keçdim və birinci sinfə getdim. Həmin gündən xoşbəxt uşaqlığım başladı, dostluq, kəşflər, ilk qələbələr, ilk məyusluqlar və unudulmaz məktəb xatirələri ilə dolu illər.

Doğma məktəbin divarları arasında böyüdük, arzuladıq, həyatı anlamağı öyrəndik və bu günə qədər xatırladığımız dostlar qazandıq.

Bu gün sevimli müəllimlərimi hərarətlə xatırlayıram. Artıq aramızda olmayan müəllimlərə Allahdan rəhmət diləyirəm. Onların mehribanlığı, biliyi və müdrikliyi əbədi olaraq qəlbimizdə yaşayır.

Əziz sinif yoldaşlarımı, bütün məzunları və müxtəlif illərdə 189 nömrəli məktəbdə təhsil almış bütün şagirdləri ürəkdən təbrik edirəm. Qoy məktəb illəri hər birimiz üçün həmişə həyatımızın işıqlı, xeyirxah və ən xoşbəxt səhifəsi olaraq qalsın.

Sevgi və minnətdarlıqla, 189 nömrəli məktəb”.

Aydan Hacı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!