47 yaşlı kişi sükan arxasında infarkt keçirib öldü - Fotolar
20 Mart 2020 02:07
256

47 yaşlı kişi sükan arxasında infarkt keçirib öldü - Fotolar

Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə Nobel prospektində qeydə alınıb.

1973-cü il təvəllüdlü Tariyel Əliyev “Mercedes” markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq vəfat etdiyi məlum olub.

Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  /APA

47 yaşlı kişi sükan arxasında infarkt keçirib öldü - Fotolar
47 yaşlı kişi sükan arxasında infarkt keçirib öldü - Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər