4700 mənzil şəhid ailələrinə və qazilərə paylanmaq üçün nazirliyin balansına verildi

saytların hazırlanması

Evə çatdırılma

4700 mənzil şəhid ailələrinə və qazilərə paylanmaq üçün nazirliyin balansına verildi

Sosial

08 Yanvar 2021 12:33 1310


 

“Ölkə başçısının qərarına əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə 2020-ci ildə məcburi köçkünlər üçün inşa edilmiş qəsəbələr və çoxmərtəbəli yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Söhbət 4700-ə yaxın mənzilli qəsəbələrdən və çoxmərtəbəli yaşayış binalarından gedir. Bu mənzillər Bakı, Sumqayıt, Abşeron, Samux, Lənkəran ərazisində yerləşir”.

Yenisabah.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. pizza sifarişi

O bildirib ki, yaşayış kompleksləri bütün zəruri sosial infrastruktur obyektləri ilə təchiz olunub: “Mənzillərin paylanma mexanizmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir”. APA

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün sözügedən mənzillərin şəhid ailələrinə və Qarabağ qazilərinə verilməsinin daha ədalətli qərar olacağını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!