48 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü

48 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü
Sent 17, 2019 15:40
Oxunma sayı: 98

Gədəbəy rayonunda bədbəxt hadisə baş verib.

"Yeni Sabah" bildirir ki, hadisə rayonun Qalakənd adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1971-ci il təvəllüdlü Tağıyev Elman Polad oğlunun Qalakənd meşəsində qeyri-qanuni yolla kəsdiyi ağac onun üzərinə düşüb. E.Tağıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az