48 yaşlı qadın evində ölü tapıldı - 50 dəfə bıçaqlanıb

48 yaşlı qadın evində ölü tapıldı - 50 dəfə bıçaqlanıb
Sent 12, 2019 14:17
Oxunma sayı: 194

48 yaşlı qadın naməlum şəxs tərəfindən 50 dəfə bıçaqlanıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən bildirir ki, hadisə Bursa şəhərində baş verib.

İş yoldaşları bir neçə gün işə gəlməyən 48 yaşlı Tülin Beygircidən xəbər ala bilməyiblər. Onların zənglərinə də cavab verilmədiyi üçün T.Beygircinin evinə iş yerinin sürücüsü göndərilib. Sürücü qapını dəfələrlə döyməsinə baxmayaraq, qapı açılmayıb. Hadisə yerinə polis çağırılıb. Polislər qapını sındıraraq içəri daxil olduqda qadının cansız bədəni ilə qarşılaşıblar. Qadının bıçaqlanaraq öldürüldüyü məlum olub. Məlumata görə, naməlum şəxs onu 50 dəfə bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Sabrina

Yenisabah.az