5-ci mərtəbədən atıldığı deyilən gənclə bağlı inanılmaz faktlar: Bir neçə dəfə...

5-ci mərtəbədən atıldığı deyilən gənclə bağlı inanılmaz faktlar:
Okt 9, 2019 18:34
Oxunma sayı: 229

Pəncərədən atıldığı deyilən Əzizov Emin Vasif oğlunun intihar etdiyi məlum olub.

"Yeni Sabah" "Lent.az"a istinadən xəbər verir ki, onun başqa şəxslər tərəfindən 5-ci mərtəbədən atılması barədə mediada yayılan məlumatlar həqiqətə uyğun deyil. Son zamanlar onun psixi pozğunluqlara görə bir neçə dəfə xəstəxanaya yerləşdirildiyi bildirilir. Həmçinin valideynləri də bu barədə Əzizov Eminlə danışsalar da xeyri olmayıb. Nəticədə o, oktyabrın 8-i Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən özünü atıb. İstintaq zamanı ifadəsi alınan hadisə şahidləri onda psixi pozğunların yarandığını təsdiq ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yenisabah.az