"Mən bu, tiktoker deyilən qadının nə özünü, nə tiktokerliyini tanımamış və heç bu arzum9999 ada rast da gəlməmişəm. Nə cür həyat sürmə, nə davranışda olmasını da bilmirəm, nə fərqi?!"
"Yeni Sabah" xəbər verir ki, bunu tanınmış hüquqşünas İlqar Altay sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, söhbət vətəndaşdan, hüquqdan, qanundan, yol hərəkət qaydalarından gedirsə bu adam bunları pozubsa və ölüm və xəsarət bilavasitə pozuntu nəticəsidirsə vətəndaş kimi cavabını verməlidir: Sezar pizza
"Onu ittiham edən orqanların da borcu həmin bu işə qanuni, ədalətli yanaşmaqdır. Əks halda isə, qanuna, dövlətə, idarəçiliyə ziyanlıdır, hansısa haqlı tərəfə də ziyandan əlavə.
Hadisə xeyli ictimai mübahisə doğurduğu üçün qəzanın video görüntüsilə maraqlanıb, baxdım. İndi, məsələnin istintaq, məhkəmə, maddələr və yorucu detallarını kənar qoyub, ümümən baxaq.
Obyektiv fikrim belədir. Hadisəni ölüm və ağır xəsarətlə başa çatdıran faktor yüksək sürətdir. Bu sürət azı, 100 km/saat olub. Və belə bir, dar məhəllə küçəsi üçün, istənilən kiçik bir, qarşıya uşaq, qoca, it, heyvan ya araba çıxması halında ağır qəza yarada bilmə mənbəyidir. Hələ maşın içindəkilərin qoruyucu kəmər taxması da xeyli sualdır və təhlükədən çıxa bilmək təcrübəsi də.
Yüksək sürət olmasaydı, saatda 50-60-la sürsə, sürücü qadının dönmə işarəsi yandırdığını və dönmək istədiyini də görə bilib, sürəti daha da azaltmağa macal tapar, bu konkret haldakı kimi maneəyə elə də, bərk toxunmadan idarəçiliyini də itirməzdi və ən azı ölüm qəzası törətmədən keçinə bilərdi. Hesab edək ki, bir at çıxıb gecə qabağına kəskin, nə edəcəkdi, bu yüksək sürət və bu cür sürmə təcrübəsi ilə? Ata iş verilərdi?"
"Qaldı, qadın sürücü. Maşını aşağı sürətlə idarə edib, çünki, o yerdə dönmə yüksək sürətlə olsa aşar. Dönmə işığını da yandırııb. Arxadan gələn maşının uzaqda olduğunu görüb, onun əraziyə uyğun aşağı sürətlə gəldiyini yəqin edib (çünki orada sürət həddi budur, o ara, özü də qaranlıq vaxtı güclü işıqlarla gələn maşının sürətini nə ilə ölçsün ki, belə yüksək sürətlə gəlir?) dönmə əməliyyatını rahat çatdıra biləcəyini düşünüb.
Nəhayət, belə götürək,. Qadın qaydanı pozub, dönməni edib, arxadan gələn sürücü də, heç qaydanı pozmayıb, saatda 50-60 sürətlə gəlib, dönən maşının sol ucuna toxunub. Bu qaydalı aşağı sürətlə gələn maşın, idarəsini itirib, heç, maşını saxlamaq qalsın, gedib yoldan çıxıb da, qarşıda neçə maneəni vurub dağıdıb, o kinetik enerji ilə öz həyatını itirmə, yoldaşına çox ağır xəsarət yetirmə qədər bir zərbə baş verərdimi? Təbii ki, yox! Bunu beynəlxalq və yerli ekspert, mütəxəssis deyil, adicə vicdanlı təcrübəli taksi sürücülərinə sual verilsin. Deyəcəklər ki, yox!
Bu qəzanın istintaqını hansı müstəntiq aparıb, ittihamı hansı prokurorluq verib, hökmü hansı hakim hansı motivlə çıxarıb, buna qarışmıram. Amma fikrimcə, hökm, 5 il 9 ay cəza çox xeyli qanunsuz və ədalətsizdir, hüquqa, vicdana və insanlığa qalarsa. Bu cəza, maşını xuliqanlıqla bərk sürərək, yoldan keçən günahsız adamları vurub öldürənə heç verilmir, ehtiyatsızlıq deyə. Yəqin ki, apellyasiya məhkəməsi bu məsələni daha obyektiv araşdırıb obyektiv qərarını verər.
P. S.
Hələ avtotexniki ekspertiza bir yana, gətirin o ölümün ekspertizası və elə ağır xəsarət alanın da xəstəlik tarixini baxım və həmin xəsarətlırin hansı sürətin və massiv zərbəsinin nəticəsi ola bilməsini deyim, çox uzağa nə lazımdı getmək" - deyə hüquqşünas əlavə edib.
Telegram kanalımız