“5 ildir müharibə başa çatıb, Nazirlər Kabineti hələ də 10 minlərlə insanın halal haqqını tanımır”

saytların hazırlanması

Evə çatdırılma

“5 ildir müharibə başa çatıb, Nazirlər Kabineti hələ də 10 minlərlə insanın halal haqqını tanımır”

Sosial

13 İyun 2025 14:17 11481


Prezidentin fərmanına əsasən bir çox müavinətlər artsa da, müharibə veternlarına verilən 80 manatlıq müavinətdə heç bir dəyişiklik edilməyib. Hərbi ekspert Üzeyir Cəfərov bunun səbəbini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində axtarılmalı olduğunu düşünür.

O, "Yeni Sabah"a bildirib: "Anar Əliyev bir müddət əvvəl demişdi ki, büdcə müzakirələri zamanı bu məsələlərə baxıla bilər. O vaxtı hələ Sahil Babayevin müavini idi. Artıq nazirdir.

Əlbəttə, müharibə veteranları arasında narazılıq var, çünki onlar  gözləyirdilər ki, daim onları ümidləndirən Milli Məclisin deputatı Vüqar Bayramovun dediyi, nəhayət, reallaşdıracaq. Vüqar Bayramov isə utanmadan hər şeydən danışdı, amma veteranlara dair danışmadı.

Niyə belə münasibət var?! Yenə də deyirəm ki, bu məsələni müvafiq şəxslərdən soruşmaq lazımdır. Mən onların yerinə cavab verə bilmərəm. Amma çox təəssüflənirəm ki, müharibə veteranları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi heç nə etmək fikrində deyil. Bu da müharibə iştirakçıları arasında müəyyən narazılığa səbəb olur.

Yaxşı olardı ki, müvafiq qurumlar və müvafiq şəxslər bu haqda düşünsünlər, təkliflərini lazım olan ünvanlara çatdırsınlar. Mən bu fikri cəmiyyət arasında olan bir insan kimi deyirəm. İnsanların gözləntiləri böyük idi, 80 manatla ailəsini dolandıranlar var. Çox təəssüf ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz vəzifəsinin öhdəsindən gələ bilmir. Ancaq qondarma agentliklər yaratmaqla bürokratik aparatı şişirdib. O aparatın saxlanması üçün dövlət büdcəsindən kifayət qədər məbləğ sərf olunub.

Məncə, Nazirlər Kabineti ciddi düşünməlidir. Azərbaycanda bir çox qurum var ki, şişirdilmiş ştatlar yaradıb. Azərbaycana qələbə yaşatmış, ordunun sıralarında xidmət etmiş veteranlar, təəssüf ki, Nazirlər Kabinetinin səhvi ucbatından layiq olduğunu ala bilməyib. 5 ildir müharibə başa çatıb, amma Nazirlər Kabineti hələ də 10 minlərlə insanın halal haqqını tanımır. Onların hələ də vaxtı var ki, səhvlərini düzəltsinlər. Müharibədə iştirakçıları layiqli və lazımi şəkildə qiymətləndirilməlidir. Çünki onlar bu dövlət, bu ölkə üçün hər şeyi ediblər və yenə də etməyə hazırdırlar. Düşünməməliyik ki, müharibə bitib".

Rəvan Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    NƏ QƏDƏR Kİ NAZİR AİLƏLƏRİNDƏN VETERAN OLMAYACAQ ƏL ƏSƏDOV DA VETERANLARA QAYĞI GÖSTƏRMƏYƏCƏK.
    11 months ago
  • Bəhruz
    Siz yalandan məqalə yazaraq sosial müdafiə nazirliyinin boynuna atırsınız, lakın bu belə deyil buna icazə verən daha yüksək səviyyədədir kı,o da hələ icazə vermir.
    11 months ago
  • Şəmsəddin
    Hər sahəyə pul çatır, müharibə veteranlarına gələndə 80 manatı artırmaq üçün pul tapılmır.
    11 months ago
  • Ömər Əhməd Hüseynov
    Hüseynov Ömər 2 ci Qarabağ muharibəsində iştirak etmişəm vetaranniq statusu ala bilmirəm müharibe vaxtı xəstə anamı qoyub getmisem Xalq uğrunda Millət uğurunda canımi qoymuşam müharibede 4 ay əziyetim olub şaxtada qarda olmuşam müraciət etmədiyim qurum qalmadı müraciət etdim ki müharibede olmuşam mənə imtina cavabı gəldi ki siz tamamlamada olmuşuz veteranniq düşmür axı Cənab Prezident demişdi ki müharibede zərrə qədər eziyeti olan veterandir ancaq bu belə deyil özüm bir kasıb ailədən cixib müharibeye gedmisemsə əynimə forma vermisense təminat vermisense onda haqimizida ver hərə bir kasıb ailədən cixib müharibeye gedib verində haqimizi aparanda yaxşıdır dəfələrlə müraciət etmişəm qəbularda olmuşam məktubların sayı 80 çatıb qanunda dəyişiklik edilmelidir ki haqqımizi ala bilək qanunda tamamlama sözü yoxdur nazirlər kabinetinin qərarı lazımdır 7 minlərlə veterannarin haqlarıi bərpa etmək üçün
    11 months ago