İl ərzində 5 inzibati tənbeh tədbiri tətbiq edilən yayımçının lisenziyası ləğv edilə bilər.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Audiovizual Şuranın Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nemət Cavadov deyib.
O bildirib ki, Şuranın qərarı ilə tətbiq olunan bəzi sanksiyalar var. Yayımın dayandırılması 24 saatadək, 1-30 gün arası, inzibati cərimə 1000-10000 manatadək tətbiq olunur: Pepperoni pizza
"Bu sanksiyalar əsasən uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə zorakılığı və qəddarlığı təbliğ edən informasiya; Cinayətləri təbliğ edən informasiya; Cəmiyyət əleyhinə və hüquqa zidd hərəkətləri təbliğ edən informasiya; Uşaqların həyat və təhlükəsizilyinə, potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya; Ailə İnstitutunu nüfuzdan salan informasiya; Pornoqrafik xarakterli materiallar yayımlandıqda tətbiq olunur”.
N. Cavadov əlavə edib ki, mediada yayımlanan informasiyalara dair tələblər "Media haqqında" Qanun 14-cü maddəsi ilə tənzimlənir.
- Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə edilməməlidir;
- Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
- Şəxsin ailə və şəxsi həyatına aid sirr olan əelumatların yayılmasına yol verilməməlidir;
- Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkələr təbliğ olunmamalıdır”.
Telegram kanalımız