5 kabel şəbəkə yayımçısına lisenziya verildi - MTRŞ-dan qərar

saytların hazırlanması

Evə çatdırılma

5 kabel şəbəkə yayımçısına lisenziya verildi - MTRŞ-dan qərar

Sosial

27 Dekabr 2021 15:39 845


Milli Televiziya və Radio Şurası (MTRŞ) 5 kabel şəbəkə yayımçısına müddətsiz lisenziya verilməsi ilə bağlı qərar qəbul edib.

Yenisabah.az xəbər verir ki, dekabrın 27-də MTRŞ-nin onlayn formatda iclası keçirilib.

İclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb. Dominos pizza

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!