Azərbaycana 5 ölkədən quş ətinin gətirilməsi qadağan olunub.
Yenisabah.az xəbər verir ki, bu addım Dünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən atılıb.
Fransa Respublikasının Reünyon regionunda, Niderland Krallığının Drente əyalətində, Almaniya Federativ Respublikasının Şlezviq-Holşteyn vilayətində, İngiltərənin Şərqi İngiltərə və Cənub-Şərqi İngiltərə regionlarında, Amerika Birləşmiş Ştatlarının Nebraska və Alyaska ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Dominos pizza
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Telegram kanalımız