“5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”

saytların hazırlanması

Evə çatdırılma

“5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”

Sosial

11 Fevral 2021 17:16 755


“Ümumdünya Səhiyyə Təşkilatının uşaqların maskadan istifadəsiylə bağlı göstərişləri var. 5 yaşa qədər uşaqların maska taxması tələb olunmur”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “Məktəblərdə COVID-19” mövzusunda canlı yayımda çıxışı zamanı bildirib.

O qeyd edib ki, maskadan düzgün istifadə edilmirsə, o nəinki virusdan qorumur, əksinə infeksiya mənbəyinə çevrilir: Dominos pizza

“Əgər əlimizi maskanın ön tərəfinə vurub sonra isə əlimizi üzümüzə, ağzımıza, gözümüzə vuracağıqsa, bu yoluxma üçün çox böyük şəraitdir. Uşaq kontingentinə də bunu izah etmək olmur. Lakin 6-11 yaş qrupunda olan uşaqlara bunu izah edərək maskadan düzgün istifadəni müəyyən qədər təmin etmək olar. Yenə qeyd etmək lazımdır ki, maska o vaxt effektiv olur ki, ondan düzgün istifadə olunsun”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!