50 ildən sonra eyni auditoriyada  –   Keçmiş tələbələr universitetə qayıtdı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

50 ildən sonra eyni auditoriyada – Keçmiş tələbələr universitetə qayıtdı - FOTOLAR

Sosial

26 May 2026 10:50 94


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 1972–1976-cı illərdə Riyaziyyat fakültəsində təhsil almış məzunlarla görüş keçirilib.

"Yeni Sabah" xəbər verir ki, görüşün açılışında Tədris departamentinin Məzun koordinasiya və karyera şöbəsinin müdiri Könül Əsgərova məzunlara universitetdə son illərdə həyata keçirilən yeniliklər, tədris və infrastruktur sahəsində görülən işlər, eləcə də məzunlarla əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar barədə məlumat verib.

Daha sonra məzunlar tələbəlik illərini yenidən xatırlamaq məqsədilə vaxtilə dərs keçdikləri auditoriyalara baş çəkib, universitet həyatı ilə bağlı xatirələrini bölüşüblər. pizza mizza

Səmimi şəraitdə keçən görüşdə Riyaziyyat fakültəsinin dekanı dosent Allahverdi Cəfərov və fakültənin dekan müavini Musa Razayev də iştirak ediblər. Çıxışlarda universitetlə məzunlar arasında əlaqələrin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!