Nərimanov rayonu ərazisində kuryerə məxsus mopeddən 490 manat dəyərində çanta və əşyalar oğurlanıb.
Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 50 yaşlı İ.Seyidov müəyyən edilərək saxlanılıb. Dördpendirli pizza
Araşdırma zamanı məlum olub ki, şübhəli şəxs kuryerin sifarişi təhvil vermək üçün mopeddən uzaqlaşdığını görərək oğurluq edib.
Faktla bağlı araşdırma aparılır.
Aytac Əliyeva
Telegram kanalımız