525-i iki yerə bölürlər - Marşrutlar fərqli olacaq

saytların hazırlanması

Evə çatdırılma

525-i iki yerə bölürlər - Marşrutlar fərqli olacaq

Sosial

17 İyul 2026 14:51 72


Masazır kəndini ("Zəngilan şəhərciyi" yaşayış kompleksi) metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 525 nömrəli müntəzəm marşrutun fəaliyyəti təkmilləşdirilir.

“Yeni Sabah” verir ki, məqsəd səfər müddətinin azaldılması, "Yeni Bakı" və "Qurtuluş-93" yaşayış komplekslərinin sakinlərinin marşrut istiqamətinin müəyyən edilməsində çətinliklərin aradan qaldırılmasıdır.

İyulun 18-dən sözügedən marşrut 525A və 525B nömrələri adı altında fəaliyyət göstərəcək. Sezar pizza

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN müəyyən edilib.

525A nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Yeni Bakı" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Marşrut 6-7 dəqiqə hərəkət interval ilə fəaliyyət göstərəcək.

525B nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Masazır kəndi ("Zəngilan şəhərciyi" yaşayış kompleksi), son dayanacaq məntəqəsi isə metronun "Memar Əcəmi" stansiyası olacaq. Avtobuslar 10 dəqiqə intervalla hərəkət edəcək.

Eyni zamanda vətəndaşların Masazır kəndi daxilində "Yeni Bakı" yaşayış kompleksindən "Zəngilan şəhərciyi" yaşayış kompleksi istiqamətində gedişlərinin təmin edilməsi məqsədilə 524 nömrəli marşrut da fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!