“Mark Supply” MMC xaricə köçürdüyü avans vəsaitinə görə cərimələnib.
“Yeni Sabah” yerli mediaya istinadən xəbər verir ki, şirkət 2024-cü ildə bank vasitəsilə xaricə 49 230 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirib. Lakin qanunvericiliyin tələblərinə əsasən, ödəniş tarixindən etibarən iki il ərzində həmin vəsait hesabına mallar Azərbaycana gətirilməyib və pul da geri qaytarılmayıb.
Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib olunub. Dördpendirli pizza
Suraxanı Rayon Məhkəməsinin qərarı ilə “Mark Supply” MMC-yə inzibati cərimə tətbiq edilib. Cərimənin məbləği qayda pozuntusunun predmetini təşkil edən 49 230 dolların 20 faizinə, yəni 9 846 ABŞ dollarına bərabər olub. Məbləğ ödəniş günündə qüvvədə olan məzənnə əsasında Azərbaycan manatına çevrilib.
Qeyd edək ki, 3 ildir fəaliyyət göstərən “Mark Supply” MMC-yə Mirrəhim Rəhimzadə rəhbərlik edir. Şirkətin hazırda dövlət büdcəsinə 539,5 min manat vergi borcunun olduğu bildirilir.
Cəlalə
Telegram kanalımız