“Disney” və “Sony” arasında yaranan anlaşmazlıq “Hörümçək adam”ın gələcəyini təhlükəyə atıb.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 6 mindən çox “Hörümçək adam” fanatı “Sony” şirkətinə qarşı etiraz aksiyası keçirmək üçün sözləşib.
“Facebook”da yer alan çağırışda “Bizim uşağı evə gətirəcəyik. Bu barış dolu aksiyadır, heç bir şiddətə yer verilməyəcək”, - deyə bildirilir. Marqarita pizza
Aksiya "Hallowen" bayramında baş tutacaq. Bu da aksiya iştirakçılarına kostyum geyinmək üçün şərait yaradacaq.
Xatırladaq ki, "Hörümçək Adam" əslində "Marvel"ə məxsus cizgi-roman obrazıdır. Ancaq "Sony" 1999-cu ildə bu obrazın müəlliflik hüquqlarını alıb.
2015-ci ildə isə "Disney" ilə "Marvel" arasında başqa bir razılıq əldə olunub. Belə ki, "Disney" "Hörümçək adam" filmlərini "Sony" ilə birgə ərsəyə gətirməli və əldə olunan gəliri bölüşməli idi.

Əsmətxanım
Telegram kanalımız