6 rayonun xəstəxanasında kobud pozuntular aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

6 rayonun xəstəxanasında kobud pozuntular aşkarlandı

Sosial

08 İyun 2021 15:33 705


Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidməti tərəfindən Yenisabah.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilib. Toyuqlu pizza

Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!