63 minə yaxın sağlamlıq imkanları məhdud uşağın çoxu təhsil alır

saytların hazırlanması

Evə çatdırılma

63 minə yaxın sağlamlıq imkanları məhdud uşağın çoxu təhsil alır

Sosial

14 İyun 2023 13:28 612


"Bu gün Azərbaycanda 63 minə yaxın sağlamlıq imkanları məhdud uşaq var".

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev BMT Dayanıqlı İnkişaf Məqsədləri dialoqları çərçivəsində “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ümumi təhsil pilləsində onların 90 faizindən çoxu təhsillə əhatə olunub: Toyuqlu pizza

"75 faizi heç bir xüsusi şərait yaradılmadan adi ümumi təhsil müəssisələrində təhsil alır. 25 faizi isə xüsusi şəraiti olan müəssisələrdə və evdə təhsillə əhatə olunub. Evdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayı 8 mindən yuxarıdır. 3 mindən çox uşaq isə xüsusi şəraitli müəssisədə oxuyur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!