Dünyaca məşhur aktyor Ed Asner dünyasını dəyişib.
Yenisabah.az xəbər verir ki, 7 dəfə “Emmy" mükafatına layiq görülən sənətçi 91 yaşında vəfat edib.
Onun ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib. Toyuqlu pizza
Asner daha çox "Yuxarı” ("Up") animasiyası ilə məşhurlaşıb.
“Yuxarı” animasiya filmi təkcə uşaqların deyil, böyüklərin də həvəs və maraqla izlədiyi ekran əsəridir.
“Pixar Animation Studios”un çəkdiyi 96 dəqiqəlik film 78 yaşlı Karl Fredriksenin (Ed Asner) çoxdan arzuladığı macəra axtarışına çıxmasından, bunun üçün ideyalar sərhədini aşan “uçan ev” hazırlamasından və Cənubi Amerikada Cənnət şəlalələrinə yol almasından bəhs edir.
Telegram kanalımız