Ötən ay Azərbaycanda 7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
7 stomatoloqdan 5 nəfəri 210.1-ci maddəsi ilə, 2 nəfəri isə 215.1-ci maddəsi ilə bağlı protokollar üzrə tədbir görülüb. Dördpendirli pizza
Ümumən sentyabr ayında 5 stomatoloq və 1 kosmetoloqun lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olması faktı aşkarlanıb.
Bundan əlavə, 2 ümumi cərrahın ixtisasına uyğun olmayan plastik cərrahiyyə sahəsində fəaliyyət göstərməsi faktı üzə çıxıb.
Bu faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə 2 protokol tərtib edilib və icraata göndərilib.
Telegram kanalımız