700-ə yaxın şagirdin qiymətində dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

700-ə yaxın şagirdin qiymətində dəyişiklik edildi

Sosial

16 May 2022 18:01 633


5-6 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına 5935 şagird ərizə ilə müraciət edib.

Yenisabah.az Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən xəbər verir ki, 7 nəfər öz ərizəsini təsdiq etməsə də, onların da müraciətləri araşdırılıb və müvafiq qərarlar verilib.

Apellyasiya komissiyasına daxil olan ərizələrdə ümumilikdə 23304 yazı işi (tapşırıq) üzrə qiymətlərin araşdırılması üçün müraciət olunub. Qeyd edək ki, bu imtahanlarda şagirdlərin ümumilikdə 1145424 tapşırıq üzrə yazı işi yoxlanılıb. Apellyasiya üçün edilən müraciətlər bütün tapşırıqların cəmi 2.03%-ni təşkil edir. Pepperoni pizza

Daxil olan bütün müraciətlər araşdırılmış və şagirdlərin apellyasiya ərizələrindəki istəklərinə uyğun olaraq 2114 nəfərlə video görüntü ("Zoom" proqramından istifadə etməklə) vasitəsilə, 3621 nəfərlə telefon vasitəsilə əlaqə saxlanılaraq iş üzrə birlikdə müzakirə aparılmışdır. 200-ə yaxın şagirdlə isə əlaqə yaratmaq mümkün olmayıb..

Apellyasiyaya müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4%-i) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətində dəyişiklik edilmiş, 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

12-13 mart tarixində keçirilmiş imtahanlarla bağlı qeyd edə bilərik ki, artıq müraciətlərin təqribən 60%-dən çoxu araşdırılıb. 

Qeyd edək ki, 3 aprel tarixində keçirilmiş imtahanın nəticələri ilə bağlı edilən müraciətlərin araşdırılmasına növbəti həftə başlanılacaq və iştirakçılarla əlaqə saxlanılacaq.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!