700 milyonluq müjdə: Maaş və pensiyalar artırılacaq

saytların hazırlanması

Evə çatdırılma

700 milyonluq müjdə: Maaş və pensiyalar artırılacaq

Sosial

20 Fevral 2024 14:10 54873


“Hazırda maaşların artırılması ilə bağlı konkret reqlament yoxdur. Düzdür, büdcə planlaması zamanı əsasən, ehtiyac meyarının, istehlak səbətinin dəyişməsini nəzərə alaraq minimum əmək haqqının artırılması ilə bağlı yanaşmalar ortaya qoyulur. Təcrübədə o var ki, Azərbaycanda minimum əmək haqqı 2018-2019-cu illərdə artırılıb. Buna görə də istənilən dövrdə, təbii ki, fiskal vəziyyət nəzərə alınmaqla bənzər qərarlar qəbul edilə bilər”. 

İqtisadçı ekspert Rəşad Həsənov bu fikirləri Bakupost.az -a bildirib.

O qeyd edib ki, 2024-cü ilin büdcəsində əmək haqqı fondu təxminən 700 milyon manat və yaxud 10 faiz ətrafında artırılıb:  pizza mizza

“Ola bilər ki, bu vəsaitlərin hansısa bir qismi verilən sərəncamlarla büdcədən maaliyyələşən təşkilatlarda çalışanların əmək haqqının artımına yönəldiləcək”. 

Pensiyaların yenidən artırılması məsələsinə gəlincə, iqtisadçı vurğulayıb ki, ortada 2021-ci il təcrübəsi var: 

“Bilirsiniz ki, hər pensiyaçıya rübdə 50 manat olmaq şərti ilə ildə 200 manat əlavə vəsaitin ödənilməsi ilə bağlı bir sərəncam var. Bu şəkildə hansısa bir əlavələr edilə bilər. Yəni bu, hüquqi cəhətdən mümkündür. Bir də minimum pensiyanın artırılması ilə bağlı məsələ var. Minimum pensiya 280 manatdır və bu il artırılmayıb. Bu məsələ də “Əmək pensiyaları haqqında” qanunvericiliyə edilən dəyişikliklə mümkün olur. Bu da ilin ilin istənilən vaxtında, bənzər formada artırıla bilər". 

R.Həsənov qeyd edib ki, mininum əmək haqqında olduğu kimi minimum pensiya da il ərzində iki dəfə artırılıb: 

"Bununla bağlı hər hansı bir hüquqi məhdudiyyət yoxdur. Sadəcə, təsdiq edilən Dövlət Sosial Müdafiə Fondunun büdcə planlamasında bu artımlar üçün vəsaitin olduğu görünmür. İctimaiyyətə açıqlanan məlumatlardan bunu müəyyən etmək olmur. Ona görə də əlavə olaraq dövlət büdcəsinə yenidən baxıla və büdcədən buraya transfer artırıla bilər. Yaxud iqtisadiyyatın leqallaşması və s. bu kimi çərçivələrdə Dövlət Sosial Müdafiə Fondunun özünün gəlirləri gözləniləndən artıq olanda onu da buraya yönəldə bilərlər. Müəyyən maliyyə imkanları yaradıb belə bir qərar qəbul etmək olar”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Aynure
    Pensiya artımım verilməyib ne üçün
    2 years ago
  • Marifə
    Pensiya artımım verilməyib ne üçün??
    2 years ago
  • Royal
    Dost merkeznin iwclernin mawnlarni niye qaldrmirsiz biyabrcliqdi valah camahat dolana blmir bes kasib yaziq ne edsin
    2 years ago
  • Sofia
    Bes tibb bacilarinin maaslari ne vaxt artacaq.hamidanda cox biz isleyirik.kecen ilki maasi aliriq.her seyde qalxib.15gune catmir.usaqlar boyuduruk.bes onlarin mekteb levazimatlari eyin baslari nece olacaq..xahis edirik tibb bacilarinida nezere alin..
    2 years ago
  • Fateh
    Başlıqla mövzu ziddiyyət təşkil edir. Reytinq xatirinə söyülməyin!
    2 years ago
  • Rüstəm Məmmədov
    Pensiya artımının hər kəs üçün eyni miqdarda olması sosial ədalət prinsipinə daha uyğundur. % -lərlə artım sosial ədalət prinsipinə uyğun deyil. Birinin artımı 36 man.olduğu halda digərləri 200-300man.təşkil edir.
    2 years ago