8 Mart: “Kişi bütün pulunu hədiyyəyə verməməlidir”

saytların hazırlanması

Evə çatdırılma

8 Mart: “Kişi bütün pulunu hədiyyəyə verməməlidir”

Sosial

07 Mart 2023 10:44 757


Sabah 8 Martdır. Adətən, kişilər qadınlara hədiyyə alışını bir gün əvvəl edir. Bu məsələdə ən çətin məqam düzgün hədiiyə seçimidir. Qadınları tam məmnun etməyin nə qədər müşkül olduğunu yalnız güclü cins bilir.

Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova 8 Martı artıq bir yük kimi qarşılanmamalı olduğunu deyib:

"Bu bəylərin xanımlara 365 gündə bir dəfə olacaq diqqətidir. Doğrudur, xanımlar bütün xüsusi günlərdə kişilərdən diqqət gözləyir. Çünki xanım elə bir varlıqdır ki, bəşəriyyətə övlad gətirir, usanmadan, dayanmadan onların qulluğunda dayanır. Dominos pizza

Kişilər bilməsə də, yaranan xoş aura qadınlara diqqətə görədir. Odur ki, kişilər də qadınların nələrə düşkün olduğun bilir. Ancaq bu o demək deyil ki, kişilər bütün pulunu hədiyyəyə verməlidir.

Bəzən elə bir söz deyərlər ki, hədiyyəni almış qədər xanım xoşbəxt ola bilər. Ən əsası isə dəyərdir. Bir-birimizə dəyər verək ki, aldığımız rəmzi  hədiyyələri sonra sındırmayaq, onlara baxdıqca zövq alaq”.

Pünhan Həsənova


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!