82 yaşlı laçınlı nənənin Prezidentdən istədiyi gerçəkləşdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

82 yaşlı laçınlı nənənin Prezidentdən istədiyi gerçəkləşdi - VİDEO

Sosial

09 Sentyabr 2023 13:29 788


Laçın rayonunun Zabux kəndinə ilkin mərhələdə köçürülmüş 88 nəfərdən biri də 82 yaşlı Qəribə Həsənovadır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva avqustun 26-da Zabux kəndində sakinlərlə görüşərkən Qəribə nənənin dövlət  başçısından bir xahişi olmuşdu: bir müddət əvvəl vəfat etmiş oğlunun ailəsinə də onun evinin yaxınlığında ev verilsin. 

Yenisabah.az xəbər verir ki, Prezidentin tapşırığı ilə Qəribə nənənin istəyi yerinə yetirilib. Onun oğlunun Xırdalan şəhərində müvəqqəti məskunlaşmış ailəsi artıq Zabux kəndinə, Qəribə nənənin qonşuluğuna köçürülüb. 

Buradakı yeni həyatından, onun üçün yaradılmış şəraitdən razılıq edən Qəribə nənə dövlət başçısına və birinci xanıma minnətdarlıq bildirib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!