82 yaşlı Nebahat Çehre trendə belə qoşuldu – FOTO

saytların hazırlanması

Evə çatdırılma

82 yaşlı Nebahat Çehre trendə belə qoşuldu – FOTO

Şou

09 Sentyabr 2026 16:40 81


Bəzi insanlar 80-lər dəbini indi yaşamağa başlayıb, bəziləri isə həmin illəri həqiqətən yaşayıb. Məşhur aktrisa Nebahat Çehre də sosial şəbəkələrdə trend olan 80-lər paylaşımına qoşulub.

“Yeni Sabah” xəbər verir ki, sənətçinin paylaşımı digər 80-lər fotolarından fərqlənib.

Yeni mövsümdə “Tuzlu Kahve” serialı ilə ekranlara qayıdan Nebahat Çehre sosial media hesabında illər əvvəl çəkdirdiyi fotosunu yayımlayıb. Marqarita pizza

82 yaşlı aktrisa süni intellektlə hazırlanan 80-lər fotoları əvəzinə, məhz 1980-ci illərdə çəkilmiş öz fotosunu izləyiciləri ilə bölüşüb.

O, paylaşımına belə qeyd əlavə edib:

“Bəzi trendlər sonradan gəlmir, insan onsuz da onların içindən keçib. 80-lər trendinə mən də qoşulum dedim. Amma kiçik bir fərqlə: Bu foto süni intellektlə hazırlanmayıb, həqiqətən 80-ci illərdə çəkilib. Filtr yoxdur, Aİ yoxdur, sadəcə 80-lərin bütün möhtəşəmliyi var”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!