Türkiyə kinosunun tanınmış simalarından olan 83 yaşlı Şərif Sezer mükafatlandırma mərasimində iştirak edib. Aktrisanın tədbirdə qəfil halının pisləşməsi isə ətrafındakıları narahat edib.
“Yeni Sabah” xəbər verir ki, Şərif Sezer qızı ilə birlikdə mərasimə qatılıb. O, əvvəlcə qırmızı xalçada kameralara poz verib. Daha sonra müsahibə üçün jurnalistlərin qarşısına keçən aktrisa qəfil özünü pis hiss edib. Sənətçi dərhal qırmızı xalçadan uzaqlaşdırılıb.
Aktrisanın nə səbəbdən pisləşdiyi barədə hələlik məlumat verilməyib. Sezar pizza
Telegram kanalımız