91 yaşlı milyonçu toyundan 2 ay sonra öldü 

saytların hazırlanması

Evə çatdırılma

91 yaşlı milyonçu toyundan 2 ay sonra öldü 

Maraqlı

12 Avqust 2024 18:01 1705


91 yaşında evlənən avstriyalı milyonçu Riçard Luqner toydan iki ay sonra vəfat edib. 

Modern.az "Bild"ə istinadən xəbər verir ki, Luqner onun adını daşıyan tikinti şirkətinin yaradıcısı və sahibi olub. 

Vyanada "Lugner City" ticarət mərkəzini tikdirib. İş adamı tez-tez televiziya şoularında görünür, ulduzlarla dostluq edir, Vyana balına sponsorluq edir və bir çox qadınları sevirdi. Luqner 6 dəfə evlənib və 4 uşaq atası oldu. O, sonuncu dəfə bu ilin iyun ayında 42 yaşlı Simone Reilendertlə evlənib. Evlənəndə onun 91 yaşı var idi.  pizza mizza

Son zamanlar şən milyonçu çox xəstələnməyə başlayıb. O, iyul ayında ürəyindən əməliyyat olunub. O, bel ağrısı və onurğa problemlərindən də şikayətlənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!