Sığal çəkən əl  niyə balta götürür? - Ailə münaqişələrinin səbəbləri

saytların hazırlanması

Evə çatdırılma

Sığal çəkən əl niyə balta götürür? - Ailə münaqişələrinin səbəbləri

Sosial

01 Mart 2022 10:13 1102


Xətai rayonu ərazisində qətl hadisəsi baş verib. Xətai Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qayını Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib.

Azərbaycanda kənar şəxslərin ailəyə müdaxiləsi ölümlə nəticələnir. Psixoloq Aytən Ələkbərova Yenisabah.az-a açıqlamasında deyib ki, iki şəxs arasında psixoloji uyuşmanın olmaması səbəbindən bu kimi hallar baş verir:

“Bu gün ailələrdə baş verən hadisələr psixoloji uyuşmanın olmamısından irəli gəlir. Onlar ilk tanışlıqdan bir-birlərinə uyğun olmayıblar. Sadəcə olaraq kim nə deyər məsələsi bu gün gətirib, məcburi ailənin qurulmasına səbəb olur. Ailə qurulduqdan sonra da iki şəxsin bir-birini başa düşməməsi nəticəsində kənar şəxslərin ailəyə müdaxiləsi baş verir”. Toyuqlu pizza

Psixoloqun sözlərinə görə, ailəyə kənar şəxslərin müdaxiləsi faciəyə səbəb olur:

“Bu gün əmi, dayı, xala, bibi, nənə bəzi halarda qonşular belə müdaxilə edir. Bu da problemin daha da böyüməsinə gətirib çıxarır. Böyüyən məsələ daha da çətinləşir. Kənar şəxslərin yanında münaqişələri də ayrı-ayrı problemlər yaradır. Bu kimi hadisələrin içərisində müxtəlif problemlər və səbəblər dayanır. Nəticədə təhqir də fiziki zorakılığa çevrilir və cinayət törədilir”.

A.Ələkbərova qeyd edib ki, ailədə iki gündən artıq səs-küyün olması artıq xəbərdarlıqdır:

“Ailələrlə görüşlər keçirilməlidir. Biz vaxtı-vaxtında mütəmadi işlər aparsaq, bu hallar aradan qalxar. İki gündən artıq səs-küyün gəlməsi artıq bir xəbərdarlıqdır.

KİV üzərinə də iş düşür. Düşünsünlər ki, bu kimliyindən asılı olmayaraq hər kəsin başına gələ bilər. Psixoloji uyuşmanın olmaması psixi zorakılıqla nəticələnir. Daha sonra fiziki zorakılığa gətirib çıxarır. Ən birinci səbəb psixi zorakılıqdan, təhqirdən başlayır. Unutmayaq ki, təhqir cinayətə gətirib çıxara bilər”.

Nəzrin Vahid  

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!