"Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC oktyabr ayından etibarən “Bakıkart” ödənişlərinə təqdim etdiyi keşbekləri kəskin azaldıb.
“Yeni Sabah” xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu aydan etibarən “Bakıkart” üzrə QR ödənişlərə keşbek 10%-dən 5%-ə endirilib. Başqa sözlə, standart hər gediş üzrə bank əvvəlcə 6 qəpik keşbek təklif edirdisə, hazırda bu məbləğ 3 qəpiyə düşüb.
Qeyd edək ki, ABB bu ilin iyul ayından nəqliyyatda “Bakıkart” üzrə QR ödənişlərin tətbiqinə başlayıb. Bununla da bank “Kapital Bank”dan sonra nəqliyyatda QR ödəniş təklif edən ikinci bank olub. ABB avqust ayından isə QR ödənişlərin cəlbediciliyini artırmaq məqsədilə 10% keşbek təklif etməyə başlamışdı. pizza hut
Məlumat üçün bildirək ki, ABB 30 dekabr 1992-ci ildə “Azərbaycan Beynəlxalq Bankı” adı ilə dövlət qeydiyyatına alınıb. Bankın 2026-cı ilin birinci yarısına olan hesabatına əsasən, dövriyyədə 4 milyard 745 milyon 449 min 602 ədəd adi səhm var və onların ümumi nominal dəyəri 1 milyard 281 milyon 271,4 min manat təşkil edir.
ABB-nin əsas səhmdarı Azərbaycan dövlətidir, yəni 4 milyard 374 milyon 521 min 775 səhm, yaxud nizamnamə kapitalının 92,18%-i dövlətə məxsusdur. Bankın ümumilikdə 28 039 fiziki və 30 hüquqi şəxs səhmdarı var.
Telegram kanalımız