28 May - 18:08
Abdin Fərzəliyev şəhidlərin məzarlarını ziyarət etdi, onların ailə üzvləri ilə görüşdü 

Abdin Fərzəliyev şəhidlərin məzarlarını ziyarət etdi, onların ailə üzvləri ilə görüşdü 

Sosial

28 Yan 2022 16:08


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun Masazır, Novxanı və Saray qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edərək, üzərinə tər güllər qoymuş, onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir. 

Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, iradəsi sayəsində xalqımız Vətən müharibəsində qalib gələrək 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimiz, qazilərimiz və ümumilikdə ordumuzun, xalq-hakimiyyət birliyinin, dəmir yumruq kimi birləşməyimizin nəticəsində düşmən döyüş meydanında diz çökdürüldü. Ölkəmizdə şəhid və qazi ailələrinə böyük diqqət və qayğı göstərildiyini və bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu qayğının davam etdirildiyini diqqətə çatdırmışdır. 

Abdin Fərzəliyev Abşeron rayonunun bütün şəhidlərini özündə ehtiva edəcək ümumrayon Şəhidlər Kompleksinin tikintisinin planlaşdırıldığını qeyd edərək bildirmişdir ki, artıq memorial kompleksin layihəsi işlənir və yaxın günlərdə bütün şəhid ailələrinin iştirakı ilə müzakirə ediləcək. Onların təklifləri dinləniləcək. 

Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Sonra Abdin Fərzəliyev şəhid baş leytenant Paşayev Daşdəmir Əlizaman oğlunun doğum günü ilə əlaqədr olaraq İkinci Fəxri Xiyabana gəlib. Burada şəhidin ailə üzvləri ilə birgə D.Paşayevin məzarı ziyarət olunub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar edilib. Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şucaətlərdən danışışılıb. Məktəblilər vətənə, vətənpərvərliyə və D.Paşayevə aid şeirlər səslənbdiriblər.

Abdin Fərzəliyev şəhidin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanaraq bildirmişdir ki, bundan sonra da ailə daimi olaraq dövlət qayğısı ilə əhatə olunacaqdır. 


Youtube kanalımız


Digər xəbərlər