“Abituriyent” jurnalının 7-ci nömrəsində ai məktəblərin boş qalan ixtisas yerləri dərc edilib

saytların hazırlanması

Evə çatdırılma

“Abituriyent” jurnalının 7-ci nömrəsində ai məktəblərin boş qalan ixtisas yerləri dərc edilib

Sosial

05 Sentyabr 2021 14:58 1053


Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.

Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, bu nömrədə 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Bakı şəhəri Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. (burada sentyabrın 6-dan etibarən) ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!