Abituriyentlər üçün apellyasiya tarixi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər üçün apellyasiya tarixi bəlli oldu

Sosial

11 Avqust 2021 10:59 891


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə iyulun 27-28-də keçirilmiş qəbul imtahanlarının nəticələri artıq açıqlanıb.

Yenisabah.az xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 33610 abituriyentdən (I qrup üzrə 28605 nəfər, IV qrup üzrə 5005 nəfər) 1878 nəfəri (I qrup üzrə 1696 nəfər, IV qrup üzrə 182 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 26 nəfəri qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Toyuqlu pizza

DİM tərəfindən avqustun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 11-13 avqust tarixlərində apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. 

Bir abituriyentin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!