Abituriyentlər üçün Qərbi Kaspi Universitetində bir günlük tələbə olmaq şansı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlər üçün Qərbi Kaspi Universitetində bir günlük tələbə olmaq şansı - Fotolar

Sosial

03 May 2021 10:55 2164


Qərbi Kaspi universiteti abituriyentlərə bir günlük tələbə olmaq şansı yaradır.

Yenisabah.az xəbər verir ki, bununla bağlı elanda deyilir:

"Siz hələ də Universitet seçimində tərəddüd edirsiniz…? pizza hut

• Gələcəkdə hansı sənətin sahibi olum deyə düşünürsünüz... ?

• Universitetində mühazirə və seminar məşğələlərində iştirak etmək istəyirsiniz?…

Əziz abituryentlər, sizi Qərbi Kaspi Universitetində bir günlük tələbə olmağa dəvət edirik!

Bir gün ərzində özünüzü tələbə kimi hiss edərək Universitet abu-havası ilə yaxından tanış olacaq, tədris olunan ixtisaslar haqqında geniş məlumatlar əldə edəcək, mühazirə və seminar məşğələlərində iştirak etmək şansı qazanacaqsınız.

Qeydiyyat:

1. Proqramla yaxından tanış olduqdan sonra qeydiyyat formasını doldurmaq lazımdır.

(Formanı doldurduqdan sonra siz dərs cədvəlinə daxil ola biləcəksiniz. Seçdiyiniz fənnin keçirələcəyi tarixdə (gün,saat) link vasitəsilə dərslərdə iştirak edə biləcəksiniz.

2. Proqramın başlanğıc tarixi 3 may 2021-ci il".

Əlaqə nömrələri:

(+994 12) 492 74 18

(+994) 55 263 59 77

studentforaday@wcu.edu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!