Abituriyentlərin nəzərinə: Sınaq imtahanı keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlərin nəzərinə: Sınaq imtahanı keçiriləcək

Sosial

13 Yanvar 2022 13:46 736


Ali təhsil müəssisələrinə sınaq imtahanı üçün qeydiyyat aparılır.

Yenisabah.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi fevralın 13-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə növbəti sınaq imtahanı keçirəcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanına qeydiyyat fevralın 2-si saat 23:59-dək aparılacaq. Sınaq imtahanında iştirakçılara 2022-ci ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq test tapşırıqları hər qrupda 3 imtahan fənni üzrə təqdim olunacaq. Dominos pizza

Qeyd edək ki, sınaq imtahanında istifadə olunacaq test tapşırıqları 11-ci siniflər üçün ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarının 2022-ci il yanvar ayının sonunadək olan hissəsini əhatə edəcək.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!