ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılmasını alqışladı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ Azərbaycanda saxlanılan erməni əsirlərin qaytarılmasını alqışladı

Maraqlı

08 Fevral 2022 10:26 699


"Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq".

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun yaydığı açıqlamada bildirilib.

"Bütün saxlanılan hərbçilərin qaytarılmasını üçün işlər görülür. Eyni zamanda, hər iki müharibədə itkin düşmüş vətəndaşlar haqqında işlərin görülməsi regionda sülhü davamlı edəcək”,- məlumatda deyilir. 

Qeyd edək ki, Azərbaycan 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!