ABŞ-da da Omikrona yoluxmuş xəstələr öldü

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da da Omikrona yoluxmuş xəstələr öldü

Sosial

21 Dekabr 2021 17:19 693


ABŞ-da koronavirusun "omikron" ştamı ilə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb.

Yenisabah.az xəbər verir ki, ölən xəstə Texas ştatının Harris dairəsindən olan, peyvənd olunmamış və səhhətində problemlər yaşayan 50 yaşlarında bir kişidir.

Daha əvvəl ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzləri ölkədə koronavirusun "omikron" variantının üstünlük təşkil etdiyini bildirib. Son bir həftə ərzində toplanmış məlumatlara görə, yoluxmuşların 73% -dən çoxunda bu mutasiya aşkar edilib. Bir sıra regionlarda, o cümlədən ölkənin cənub-şərqində və şimal-qərbində "omikron" ştamı ilə yoluxmuşların nisbəti 90%-i ötür.  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!