6 Oktyabr - 23:52
ABŞ-da iqlim, sağlamlıq və vergi ilə bağlı yeni qanun layihəsi Senata təqdim edildi

ABŞ-da iqlim, sağlamlıq və vergi ilə bağlı yeni qanun layihəsi Senata təqdim edildi

Dünya

08 Avqust 2022 19:19 641


Hərtərəfli sağlamlıq, iqlim və vergi qaydalarını ehtiva edən yeni qanun layihəsi ABŞ Senatında qəbul edilib. Noyabrın 8-də keçiriləcək ara seçkilər öncəsi ABŞ prezidenti Co Bayden administrasiyasının siyasi və iqtisadi uğuru kimi qiymətləndirilən qanun layihəsinin gələn həftənin cümə günü Nümayəndələr Palatasına gəlməsi gözlənilir.

Yenisabah.az xəbər verir ki, bir müddətdir ictimaiyyətdə müzakirə edilən və “İnflyasiyanın Azaldılması Aktı” adlandırılan qanun layihəsi bu gün Senatda keçirilən səsvermədə 50 əleyhinə 51 lehinə səslə təsdiqlənib.

50 respublikaçı və 50 demokratın iştirak etdiyi Senatda vitse-prezident Kamala Harrisin səsverməsi ilə qanun layihəsinin taleyi dəyişdirilib.

Respublikaçı senatorların hamısı qanun layihəsinin iqtisadiyyatı daha da pisləşdirəcəyini müdafiə edərək, “Xeyr”ə səs veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!