ABŞ-da yaşayan şahzadə atasının tacqoyma mərasimində iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da yaşayan şahzadə atasının tacqoyma mərasimində iştirak edəcək

Dünya

13 Aprel 2023 12:22 733


Şahdzadə Harrinin mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcəyi, lakin onun həyat yoldaşı Meqan Marklın uşaqları ilə birlikdə Kaliforniyada qalacağı açıqlanıb. 

Yenisabah.az xəbər verir ki, Bukingem Sarayından verilən açıqlamada Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harrinin atası Kral Çarlzın tacqoyma mərasiminə qatılacağı təsdiqlənib.

Həmçinin, Susseks hersoginyasının Kaliforniyada Şahzadə Arçi və Şahzadə Lilibetlə qalacağı bildirilib. Pepperoni pizza

Qeyd edək ki, bu açıqlama cütlüyün tacqoyma mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı son fərziyyələrdən sonra verilib.

Xatırladaq ki, Sasseks hersoqu Harri və həyat yoldaşı Meqan Markl 2020-ci ilin yanvarında krallıq vəzifələrindən istefa veriblər. Onlar daha müstəqil həyat sürmək və Britaniya mediasından uzaqlaşmaq üçün ABŞ-da məskunlaşıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!